Modern.az

Zakir Həsənov cəbhədə bazalaşdırılan yeni helikopter hərbi hissəsində

Zakir Həsənov cəbhədə bazalaşdırılan yeni helikopter hərbi hissəsində

Aktual

16 Mart 2018, 12:13

Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti cəbhə bölgəsində bazalaşdırılan yeni helikopter hərbi hissəsində olub.

 

Müdafiə Nazirliyindən Modern.az-a verilən məlumata görə, uçuş və texniki heyətlə görüşən nazir ordu aviasiyasının döyüşə hazırlıq səviyyəsi, onun imkanları və effektiv tətbiqi vəziyyətini yoxlayıb.

 

General-polkovnik Z.Həsənov hərbi pilotların uçuş praktikası, onların təlim-məşq hazırlığının plana müvafiq şəkildə həyata keçirilməsi ilə bağlı Hərbi Hava Qüvvələrinin komandanlığı qarşısında tapşırıqlar qoyub. 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi