Modern.az

Bakıda çirkli pulların yuyulması ilə bağlı MÜZAKİRƏLƏR

Bakıda çirkli pulların yuyulması ilə bağlı MÜZAKİRƏLƏR

16 Mart 2018, 14:45

Prezidentin 6 dekabr 2016-cı il Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi”də nəzərdə tutulmuş maliyyə savadlılığının artırılması istiqamətində icra olunan tədbirlər çərçivəsində Maliyyə Bazarlarına Nəzarət Palatası (Palata) və “Deloitte” şirkəti tərəfindən çirkli pulların yuyulmasına həsr edilmiş “Compliance” seminarı keçirilib.

 

Qurumdan Modern.az-a verilən məlumata görə, 15 bank və Palatanın əməkdaşlarının iştirak etdikləri tədbirdə Lüksemburqun “Deloitte” nümayəndəliyindən dəvət olunmuş təlimçi ekspert Bastien Kolet təqdimat ilə çıxış edib.

 

Seminar çərçivəsində banklarda daxili nəzarət sistemi, çirkli pulların yuyulması (komplayns), maliyyə institutlarının nəzarətini həyata keçirən dövlət orqanlarının nəzarət mexanizmləri, tətbiq olunmuş cərimələr, maliyyə institutlarının maliyyə monitorinq və nəzarət orqanları ilə əməkdaşlığının beynəlxalq təcrübəsi və yeniliklər barədə ətraflı məlumatlar təqdim edilib, həmçinin sözügedən mövzular ətrafında fikir mübadiləsi aparılıb və təkliflər dinlənilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Azərbaycana raket hücumu - Rusiyadan ŞOK ADDIM