Modern.az

Nazirlik: "Avqustun 3-dən 4-nə keçən gecədən etibarən temperatur 5-10 dərəcə aşağı enəcək"

Nazirlik: "Avqustun 3-dən 4-nə keçən gecədən etibarən temperatur 5-10 dərəcə aşağı enəcək"

Təhsil

2 Avqust 2011, 12:54

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Bakıda və Abşeron yarımadasında avqustun 3-də hava şəraitinin günəşli keçəcəyi gözlənilir. Mülayim cənub-şərq küləyi əsəcək, axşama doğru arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 25-27 dərəcə, gündüz 35-38 dərəcə, yarımadanın bəzi yerlərində 40 dərəcə isti təşkil edəcək. Abşeron çimərliklərində dəniz suyunun temperaturu 28-29 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında Avqustun 03-də hava şəraitinin yağmursuz keçəcəyi, lakin axşam bəzi qərb rayonlarında şimşək çaxacağı ehtimalı var. Qərb küləyi əsəcək, axşama doğru arabir güclənəcək. Havanın temperaturu gecə 24-29 dərəcə, gündüz 37-42 dərəcə, dağlarda gecə 19-24 dərəcə, gündüz 30-35 dərəcə isti təşkil edəcək. 

Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, uzun müddət davam edən anomal isti hava şəraitindən sonra avqustun 3-dən 4-nə keçən gecədən başlayaraq ölkə ərazisində hava şəraitinin dəyişiləcəyi, şimal-qərb küləyinin arabir güclənəcəyi, şimşək çaxacağı, havanın temperaturunun tədricən 5-10 dərəcə aşağı enəcəyi gözlənilir.

Modern.az 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
SON DƏQİQƏ! Kəlbəcərdə DƏHŞƏTLİ PARTLAYIŞ - Çoxlu sayda YARALI VAR