Modern.az

Oruc tutan jurnalistlər… (SİYAHI)

Oruc tutan jurnalistlər… (SİYAHI)

2 Avqust 2011, 16:09


Bu gün Ramazan ayının 2-ci günüdür. Şəriətə görə, oruc tutmaqla ruhən və cismən saflaşan müsəlmanlar bununla həm İslam dininin əsas qaydalarından birini yerinə yetirir, həm də 30 gün müddətində aclığa qarşı öz iradələrini nümayiş etdirirlər.   

Tibb də orucluğu insan sağlamlığının qorunmasında gözəl vasitə sayır. Belə ki, bir ay pəhriz rejiminə əməl edən insanın orqanizmində maddələr mübadiləsi normaya düşür, zərərli maddələr bədəndən xaric olunur.

Azərbaycanda da  oruc tutanlar çoxdur və onların arasında jurnalistlər də var. Modern.az saytı redakisiyalarla əlaqə saxlayaraq oruc tutan jurnailtlərin kimliyini öyrənməyə çalışıb.

“Yeni Müsavat” qəzetinin əməkdaşı Kənan Rövşənoğlu bildirilib ki, redaksiyalarında rəhbərlikdən tutmuş texniki işçilərə kimi işçilərin çoxu  oruc tutur.
“Redaksiyada işçi çoxdu, oruc tutanların hamısının adlarını dəqiq deyə bilmərəm. Amma rəhbərlikdən baş redaktor Rauf Arifoğlu, redaktor Zahid Səfəroğlunun adını çəkə bilərəm. Təbii ki, özüm də oruc tutanların sırasındayam”.   

Kaspi” qəzetinin redaksiyasından bildirilib ki, redaksiyada bir nəfər oruc tutur, o da redaktor  İlham Qüliyevdir.

“Xalq Cəbhəsi”  qəzetinin redaksiyasından  4 nəfərin oruc tutduğu bildirilib. Oruc tutanlardan üç nəfərin adını dəqiqləşdirə bildik - Arzu Şirinova, Real Cəfərli, Cavid Şahverdiyev. 

“Olaylar” qəzetinin redaksiyasında beş  nəfər oruc tutur. Bunlar Alim Hüseynli, Fatma Abasquliyeva, Elman Cəfərli, Suleyman İsmayılbəyli və Nigar Əliyevadır.

“Ekspress” qəzetinin redaksiyasından bildiriblər ki, burada da oruc tutanlar çoxdur. Onların hamısının adını deyə bilməyən qəzetin əməkdaş üç nəfərin adını çəkib: redaktor Qalib İbrahimoğlu, əməkdaşlar İntiqam Məmmədov və Aygün Akifqızı.

“525-ci qəzet”in redaksiyasından iki nəfərin oruc tutduğunu öyrəndik. Bunlar Aydın Bağırov və Aqil Lətifovdur.

“Azadlıq” qəzetinin redaksiyasında dörd nəfər oruc tutur. Oruc tutanlar redaktor Alı Rza, əməkdaşlardan Gültəkin Knyazqızı, Fizzə  Heydərova və Xəyal Şahinoğludur.

APA-nın əməkdaşı Rəşad Süleymanov bildirib ki, onların redaksiya heyəti çox böyükdü, konkret bilmir neçə nəfər oruc tutur: “Ancaq mənimlə burda bir otaqda olanlardan Ramil Məmmədli, Şəhriyar Əlizadə, Hafiz Heydərov və Azər Müstafayev oruc tutur”.
Rəşad Süleymanov onu da bildirib ki, Ramil Məmmədli ilk dəfə olaraq oruc tutmaqla yanaşı, həm də namaz qılmağa başlayıb. Bir sözlə, bu, Ramil Məmmədlinin həyatında yenilikdir.

“Yeni Azərbaycan” qəzetinin redaksiyasında iki nəfər oruc tutur. Bunlar Səlim Loğmanoğlu və Pərviz Sadayoğludur.

“Zerkalo” qəzetindən bildirilib ki, hazırda redaksiyada heç kim oruc tutmur. 

“Azadinform” İnformasiya Agentliyində iki nəfər oruc tutur. Bunlar agentliyin redaktoru Niyaz Niftiyev və əməkdaşı İlhamə Rəşidovadır.

Modern.az saytında da bir nəfər oruc tutur. O da özüməm.

Mail Ağaxanov

Telegram
Hadisələri anında izləyin!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi