Abşeronda sərnişin avtobusu qəza törədib.
APA-nın məlumatına görə, hadisə rayonun Nübar qəsəbəsində qeydə alınıb.
Aslan Mehralıyev idarə etdiyi 114 saylı xətt avtobusu ilə yolu keçən piyada, 1958-ci il təvəllüdlü Bibixanım Kərimovanı vurub. Nəticədə piyada aldığı xəsarətdən hadisə yerində keçinib.