Modern.az

Azərbaycanın eks-prezidentlərinin övladları

Azərbaycanın eks-prezidentlərinin övladları

2 Avqust 2011, 17:07

Onların içində atalarının siyasi mövqeyinin daşıycıları da, siyasətdən kənar duranlar da var

Azərbacan müstəqil dövlət olaraq dördüncü Prezidentinin rəhbəriliyi altında yaşayır. 1991-ci ildən bu yana keçən son 20 il ərzində ölkəyə rəhbərlik edən Ayaz Mütəllibov, mərhum Əbülfəz Elçibəy və Heydər Əliyev idarəetmə ilə yanaşı, həm də ailələrini də bu tarixə yazıblar. Onların  siyasi fəaliyyətləri dövründə övladları arxa planda saxlansa da, ictimai rəy ali hakimyyəti təmsil edən şəxslərin davamçıları ilə daim maraqlanıb.

Modern.az ölkəyə rəhbərlik etmiş prezidentlərin övladları barədə yazı hazırlayaraq vaxtilə siyasi zirvədə olan ataların uşaqlarını təqdim etmək istəyib.

Azərbaycanın ilk Prezidenti Ayaz Mütəllibov 1991-ci ilin sentyabrında keçirilən seçkilərdə bu posta əyləşə bilib. Hələ 1990-cı ilin yanvar ayında Azərbaycan SSR-in Mərkəzi Komitəsinin birinci katibi təyin olunan Mütəllibov imperiyanın dağılmasından sonra idarəetmənin adını dəyişərək prezident üsul idarəsini bərqərar edib.

1938-ci ildə anadan olan Ayaz Mütəllibov 1956-cı ildə dostunun ad günündə həyat yoldaşı ilə tanış olub. Ayaz və peşəcə həkim olan Adilə Mütəllibovaların evliliyindən iki övladları dünyaya gəlib. Eks-prezidentin böyük oğlu Azad Mütəllibov 1962-ci ildə anadan olub.
İkinci oğlu Zaur isə 1970-ci ildə doğulub. Eks-prezidentin 21 yaşında Tahir və 20 yaşında Mədinə adında iki nəvəsi var.

1992-ci ildə ataları ilə birgə Moskvaya gedən övladları bir müddət orada yaşadıqdan sonra Bakıya qayıdıblar. Onlar hazırda Bakıda yaşayırlar.
ASDP-nin həmsdəri olan Araz Əlizadə Modern.az-a açıqlamasında bildirib ki, eks-prezidentin övladlarının harada işlədiyi barədə məlumatı yoxdur.
“Onların hər ikisi ali təhsili, yüksək savada malik mütəxəssisdirlər”-deyə o vurğulayıb.

Qeyd edək ki, Mütəllibovun oğulları heç zaman aktiv siyasi həyata qarışmayıblar. Hətta eks-prezidentin aktiv şəkildə müxalifətdə fəaliyyət göstərdiyi 2000-2003-cü illərdə belə, onlar hər hansı siyasi mövqe nümayiş etdirməyiblər.

Azərbaycanın ikinci Prezidenti Əbülfəz Elçibəy 1992-1993-cü illərdə hakimiyyətdə olub. Xeyli gec evlənən Elçibəyin iki övladı var. Qızı Çilənay və oğlu Ərtoğrul. Prezident postu tutduğu dövrdə Elçibəyin ailəsi həmişə media üçün əlçatmaz olub. Bu baxımdan Elçbəyin övladarı haqqında məlumatlar o, vəfat edənədək çox məhdud idi.
Elçibəyin hakimiyyətdə olduğu dönəmdə balaca olan uşaqlar indi yetkinlik yaşına çatıblar. Lakin Elçibəyin övladlarının ölkə siyasi həyatı ilə bağlı hər hansı açıqlaması olmayıb. Eks-prezidentin övladları KİV-in diqqətindən kənarda qalmağa üstünlük verirlər.
Elçbəyin qızı Çilənay Azərbaycan Dövlət Dillər Unversitetini, oğlu Ərtoğrul isə Bakı Kooperasiya Unversitetini bitirib.
Ərtoğrul ali təhsilini tamamladıqdan sonra qanunvericiliyə uyğun olaraq Binəqədi Rayon Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılıb. O, Daxili Qoşunların Gəncədəki “N” saylı hərbi hissəsində xidmət edib. Hazırda Türkiyədə yaşayan Ərtoğrulun 27 yaşı var. O, Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının rəhbəri Dövlət Baxçalının dəvəti ilə partiyanın baş ofisində işə çağrılıb.

Çilənay Əliyeva isə yalnız bir dəfə KİV-ə açıqlamasında “Eks-prezidentlər haqqında” qanuna müansibətini açıqlayıb və bildirib ki, “onlar  üçün önəmli olan atalarına rəsmi şəkildə eks-prezident statusunun verilməsidir”.
Eks-prezidentin kürəkəni Aqil Səmədbəylinin verdiyi məlumata görə, onun həyat yoldaşı işləmir.

Azərbaycanın üçüncü Prezidenti Heydər Əliyev  sovet partiya işçisi olmuş Əziz Əliyevin qızı Zərifə Əliyeva ilə ailə qurub. Onların birgə nigahından iki övladı dünyaya gəlib.
Böyük qızı Sevil Əliyeva 1955-ci il oktyabrın 12-də Bakıda anadan olub. 1961-1971-ci illərdə orta məktəbdə, eyni zamanda musiqi məktəbində təhsil alıb.1971-1977-ci illərdə Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakultəsini ərəb dili şöbəsində təhsilini davam etdirib.1977-1980-cı illərdə Moskva SSRİ Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun aspiranturasında oxuyub. 1981-ci ildə elmi tədqiqatını uğurla başa çatdırıb namizədlik dissertasiyası müdafiə edib. Tarix elmləri namizədidir. 1981-1986-cı illərdə SSRİ Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun elmi əməkdaşı olub.1986-cı ildən musiqi sahəsində fəaliyyətini davam etdirir. Ailəlidir, 3 övladı var. Hazırda Londonda yaşayan Sevil Əliyeva siyasi fəaliyyətlə məşğul olmur.

İkinci övladları olan, hazırda Prezident vəzifəsini icra edən İham Əliyev 1961-ci ildə dekabrın 24-də Bakı  şəhərində anadan olub. 1977-77-ci illərdə Bakıdakı 6 saylı orta məktəbdə təhsil alıb. 1977-ci ildə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutuna (MDBMİ) daxil olub. MDBƏİ-ni bitirdikdən sonra institutun aspiranturasına qəbul edilib, 1985-ci ildə dissertasiya müdafiə edərək tarix elmləri namizədi elmi dərəcəsi alıb. 1985-90-cı illərdə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda müəllim işləyib. 1991-1994-cü illərdə özəl biznez sahəsində çalışıb. Bir sıra istehsal-kommersiya müəssisələrinə rəhbərlik edib.

1994-cü ildən 2003-cü ilin avqust ayınadək ARDNŞ-in vitse-prezidenti, birinci vitse-prezidenti olub. Suveren Azərbaycanın neft siyasətinin geosiyasi aspektlərinə dair bir sıra tədqiqat işlərinin müəllifidir. Siyasi elmlər doktorudur. 1995-ci və 2000-ci illərdə Milli Məclisə deputat seçilib. 2003-cü ildə Azərbaycan Respublikasının Baş naziri vəzifəsinə təyin edilməsi ilə əlaqədar olaraq deputat səlahiyyətlərinə xitam verib.
2003-cü və 2008-ci illərdə Prezident seçilib. Ailəlidir. Üç övladı, 2 nəvəsi var.

Digər prezident övladlarından fərqli olaraq İlham Əliyev ictimai-siyasi fəaliyyətində həmişə fəal olub. Hələ 1990-cı ilin qanlı yanvar hadisələri zamanı Moskvada mətbuat konfransı keçirən Heydər Əliyev ora 31 yaşlı oğlu İlhamla gəlmişdi. Mərhum Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışınıdan sonrakı illərdə İlham Əliyev aktiv ictimai-siyasi fəaliyyət göstərib.

Dünyada bütün eks-prezidentlərin övladları özləri ilə həm də atalarının tutduqları siyasi fəaliyyətin ağırlığını və yükünü daşıyırlar. Bu yük isə həddən artıq çətin və mürəkkəb şəraitlərdən keçir.  

Amin SƏFƏRLİ

Telegram
Hadisələri anında izləyin!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər