Modern.az

Ermənistanın baş naziri Azərbaycan istiqamətinə atəş açdı (FOTO)

Ermənistanın baş naziri Azərbaycan istiqamətinə atəş açdı (FOTO)

Təhsil

2 Avqust 2011, 18:19

Növbəti erməni həyasızlığı...

Dağlıq Qarabağda olan Ermənistanın baş naziri Tiqran Sərkisyan bu gün müdafiə naziri Seyran Ohanyanının müşayiəti ilə Azərbaycanla sərhəddəki cəbhə xəttinə gəlib. Modern.az erməni saytlarına istinadən bildirir ki, baş nazir separatçıların xidmətdə fərqlənən “əsgərlərinə” xidmətə görə qol saatları təqdim edib.

Bundan sonra baş nazir hərbi hissələrdən birinə gələrək orada təlimlərdə iştirak edib. Hərbi geyimdə olan Sərkisyan Azərbaycan ordusunun təmas xətti istiqamətinə avtomatdan atəş açıb. Bundan sonra o tank ekipajının üzvlüyünə qəbul edilib. Əsgərlərə müraciət edən baş nazir onları “valideynlərin bu torpaqlarda qoyduğu ənənələri qorumağa” çağırıb. 

Sərksiyanın Azərbaycanın işğal altında olan torpaqlarına səfəri növbəti erməni həyazıslığı saymaq olar. Onun baş nazirin statusuna dəxli olmayaraq hərbi baxışda iştirak etməsi və səngərə girməsi Ermənistanın militarist mövqeyinin növbəti göstəricisi saymaq olar. Digər tərəfdən erməni KİV-ləri zorla Dağlıq Qarabağa hərbi xidmətə göndərilən İrəvan gənclərinin problemləri barədə kifayət qədər yazıb. Hərbi hissələrdə olan “dedovşina” və “yerevanlı- qarabağlı” söhbətləri nəticəsində əsgərlər arasında baş verən dava-dalaş, ölüm hallarını gizlətmək mümkün olmur. Bir sıra ekspertlər Dağlıq Qarabağdakı erməni əsgərləri arasında müşahidə olunan mənəvi aşınma barədə həyəcan təbili çalırlar.

Görünür bütün bu problemlər baş naziri əlinə avtomat götürüb səngərə düşməyə məcbur edib. Amma təlimdə avtomat atmaq çətin deyil. Əsas odur ki, bu cəsarəti döyüş meydanında göstərə biləsən.  Yəqin Azərbaycan ordusu bunu cavabsız qoymayacaq...


Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
SON DƏQİQƏ! Kəlbəcərdə DƏHŞƏTLİ PARTLAYIŞ - Çoxlu sayda YARALI VAR