Modern.az

Azərbaycanın xaricdəki hərbi attaşelərinin Bakıda toplantısı keçirilir (FOTOLAR)

Azərbaycanın xaricdəki hərbi attaşelərinin Bakıda toplantısı keçirilir (FOTOLAR)

Təhsil

3 Avqust 2011, 11:30

Avqustun 3-də Azərbaycan Respublikası Silahlı Qüvvələrinin xarici ölkələrdə və beynəlxalq təşkilatlarda akreditə olunmuş hərbi attaşe və hərbi nümayəndələrinin Bakı şəhərində toplantısı olub. Müdafiə Nazirliyinin mətbuat xidmətindən Modern.az-a bildirilib ki, Silahlı Qüvvələrin Hərbi Akademiyasında keçirilən toplantıda nazirliyin Beynəlxalq hərbi əməkdaşlıq idarəsinin rəisi general-mayor Ramiz Nəcəfov çıxış edib, Silahlı Qüvvələrin beynəlxalq əməkdaşlıq fəaliyyətini geniş təhlil edib.

Toplantıda Silahlı Qüvvələrin ikitərəfli əməkdaşlıq fəaliyyəti, hədəflər, əsas istiqamətlər və prioritetlər müzakirə edilib, aparılan islahatlardan danışılıb. Bundan başqa Azərbaycan Respublikasının müdafiə sənayesinin potensialı və başqa məsələlər haqqında hesabat və müzakirələr edilib.

Qeyd edək ki, toplantı avqustun 5-dək davam edəcək.





Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
SON DƏQİQƏ! Kəlbəcərdə DƏHŞƏTLİ PARTLAYIŞ - Çoxlu sayda YARALI VAR