Misirin eks-prezidentini xərəkdə gətiriblər
Misirin eks-prezidenti Hüsnü Mübarəkin Qahirədə məhkəməsi başlanıb. Modern.az BBC-yə istinadən bildirir ki, məhkəməyə hakim Əhməd Rifaat sədrlik edir. İclas müttəhimlərin adlarının oxunması, iddiaçı və müdafiə tərəfinin təqdim edilməsi ilə bağlanıb. Özünü qürurlu tutmağa çalışan Hüsnü Mübarək çətinliklə buna nail olur. Məhkəmənin əvvəlində oğlu Qamal və Hüsnü Mübarək bir neçə kəlmə söz deyə biliblər.
Mübarək və onun oğulları onlara qarşı qaldırılan bütün ittihamları rədd ediblər. Hüsnü Mübarək məhkəmə hakiminin oxuduğu ittihamlara xərəkdə uzanmış vəziyyətdə münasibət bildirib.
“Mən bütün bu itthamları rədd edirəm”-deyə eks-prezident bildirib.
Mübarək mitinq və nümayişlər zamanı etirazçılara qarşı amasnız rəftarda ittiham edilir. Bundan başqa, ona qarşı hakimiyyətdən sui-istifadə, korrupsiya və dövlət büdcəsinin talama ilə bağlı ittiham irəli sürülüb.
Hüsnü Mübarəkin bir neçə il əvvəl açılışını etdiyi Polis Akademiyasında başlanan məhkəmə birbaşa canlı yayımla nümayiş etdirilir.
Modern.az