Modern.az

Tovuzda bir qrup şəxs xəstəxanaya hücüm etdi

Tovuzda bir qrup şəxs xəstəxanaya hücüm etdi

24 Mart 2018, 23:19

Tovuzda bir qrup şəxs mərkəzi xəstəxanaya hücüm edib.

Modern.az "Reporta istinadən xəbər verir ki, bir neçə gənc tərəfindən xəstəxanaya Aşağı Quşçu kəndində keçirilən toy mərasimində boyun nahiyəsindən bıçaq xəsarət almış yaralı gətirilib.

Yaralını xəstəxanaya gətirən gənclərlə tibb işçiləri arasında mübahisə yaranıb. Əraziyə polis əməkdaşları çağırılıb.

Qeyd edək ki, xəstəxanaya gətirilən yaralı Aşağı Quşçu kənd sakini, 1990-cı il təvəllüdlü Aydın Hüseyn oğlu Ismayılovdur. Yaxınları onun Gəncə şəhərində yerləşən xəstəxanaya aparılmasını tələb edir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadan Bakıya hərbi təhdid - Raketlər işə düşdü