Əfqanıstanın təhlükəsizlik qüvvələri antiterror əməliyyatı çərçivəsində ötən gün ərzində 63 yarağlını məhv edib.
Modern.az xarici KİV-lərə istinadən bildirir ki, bu haqda Əfqanıstanın Müdafiə Nazirliyi məlumat yayıb.
Əməliyyat ölkənin 5 əyalətini əhatə etdiyi bildirilir.
Məlumata əsasən, əməliyyat zamanı terrorçulara məxsus silah və partlayıcı maddələr aşkar olunub.