Əfqanıstanın qərbindəki Herat şəhərindəki məsciddə partlayış baş verib.
Modern.az-ın xarici KİV-ə istinadən verdiyi məlumata görə, hadisə nəticəsində 1 nəfər həlak olub, 7 nəfər yaralanıb.
Yerli polisin nümayəndəsi Abdulla Əhəd Vəlizadənin sözlərinə görə, hadisə namaz zamanı baş verib.
İnsidentlə bağlı araşdırma aparılır.