Modern.az

Ticarət mərkəzində ölənlərin sayı 53-ə çatdı - YENILƏNİB

Ticarət mərkəzində ölənlərin sayı 53-ə çatdı - YENILƏNİB

Aktual

26 Mart 2018, 10:22

Ticarət mərkəzində ölənlərin sayı 53-ə çatdı.

 

Rusiyanın Kemerova şəhərində "Qış albalısı" ticarət mərkəzində baş verən yanğın nəticəsində ölənlərin sayı 53 nəfərə çatıb.

 

Modern.az xəbər verir ki, bu barədə “TASS” agentliyi məlumat yayıb.

 

Yanğın söndürülüb, hazırda itkin düşənlərin axtarışı aparılır.

 

Ticarət mərkəzinin 4-cü mərtəbəsində kinoteatr zallarında daha bir neçə nəfərin cəsədi aşkarlanıb. Agentliyin hadisə yerindəki  operativ qəraragahından verilən məlumata görə, ticarət mərkəzinin yanğın baş verən 4-cü mərtəbəsi demək olar ki, tamamilə uçaraq 3-cü mərtəbəyə, buradakı  3 kinoteatrdan ikisi isə aşağı mərtəbəyə çöküb. Buna səbəbdən, hələ 16 nəfərin axtarışı davam edir. Onların həmin kinoteatr zallarında olacaqları ehtimal olunur.

 

 

Əvəz Zeynalov

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadan ŞOK HƏDƏ - Bakını bombalamalıyıq!