Modern.az

Saxta pulla alış-veriş edən şəxs saxlanılıb

Saxta pulla alış-veriş edən şəxs saxlanılıb

Aktual

26 Mart 2018, 13:33

Siyəzən Rayon Polis Şöbəsinə müraciət edən Ruslan Hacıyev şəhərdəki bazarda ona məxsus piştaxtaya yaxınlaşmış naməlum şəxsin orada satıcı işləyən qardaşı Rüstəmə 5 ədəd 100 manatlıq əskinas verərək balıq məhsulları aldığını, sonradan həmin əskinasların saxta olduğunu müəyyən etdiklərini bildirib.

 

Daxili İşlər Nazirliyindən Modern.az-a verilən məlumata görə, R.Hacıyev həmin saxta əskinasları polisə təqdim edib.

 

Polis əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirlərinə başlanılıb. Təxirəsalınmaz tədbirlərlə saxta əskinaslarla alış-veriş etməkdə şübhəli bilinən şəxs qısa müddətdə müəyyən edilərək saxlanılıb.

 

Araşdırmalarla onun Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş Bəhruz Nəcəfov olduğu məlum olub.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 204-cü (Saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma) maddəsi ilə cinayət işi başlanılıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadan ŞOK HƏDƏ - Bakını bombalamalıyıq!