Modern.az

Mingəçevirdə beşmərtəbəli yaşayış binasında yanğın: 6 nəfər xəsarət alıb

Mingəçevirdə beşmərtəbəli yaşayış binasında yanğın: 6 nəfər xəsarət alıb

26 Mart 2018, 14:29

Mingəçevir şəhərində beşmərtəbəli yaşayış binasında baş verən yanğın zamanı 6 nəfər xəsarət alıb. 

 

Modern.az  "Report"a istinadən xəbər verir ki, yanğın beşmərtəbəli binanın üçüncü mərtəbəsindən başlayıb. Yanğın zamanı binanın sakinləri təxliyə edilib. Sakinlərdən 6 nəfər xəsarət alıb. Onlardan 3 nəfərinin vəziyyəti ağır olduğu üçün Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Digə 3 yaralıya isə hadisə yerində həkimlər tərəfindən ilkin tibbi yardım göstərəlib. 

 

Xəstəxanaya yerləşdirilənlərin tüstüdən zəhərləndiyi bildirilir. 

Yanğın söndürülüb və genişlənməsinin qarşısı alınıb. 

Faktla bağlı araşdırmalar davam etdirilir. 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
SON DƏQİQƏ! - Görüş başlayır - Rusiya və Ukrayna razılığa gələcək?