Modern.az

Tramp Avropa liderlərini Rusiya diplomatlarını ərazilərindən qovmağa çağırdı

Tramp Avropa liderlərini Rusiya diplomatlarını ərazilərindən qovmağa çağırdı

Aktual

27 Mart 2018, 00:26

ABŞ prezidenti Donald Tramp bir çox Avropa ölkələrinin liderləri ilə müzakirələr aparıb və onları Rusiya diplomatlarının qovulması kampaniyasına qoşulmağa çağırıb.

Modern.az  xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibinin müavini Radj Şah keçirdiyi brifinqdə bildirib.

"Bunlar əlaqələndirilmiş hərəkətlər idi. Prezident bunu bir çox ölkələrin liderləri, bizim avropalı müttəfiqlərimizlə müzakirə etdi və onları ABŞ-ın elanına (diplomatların qovulması barədə elana- red) qoşulmağa çağırdı", - deyə o bildirib.

Qeyd edək ki, bu gün Qərb ölkələri, o cümlədən ABŞ Solsberidə zəhərlənmə işi ilə bağlı Rusiya diplomatlarını öz ərazilərindən çıxardıqlarını elan ediblər. Rusiya XİN-ndən bildirilib ki, rəsmi Kreml bu ölkələrin hər biri barədə cavab tədbirləri görəcək. 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadan ŞOK HƏDƏ - Bakını bombalamalıyıq!