Modern.az

Qar yağacaq, dolu düşəcək, şimşək çaxacaq - XƏBƏRDARLIQ

Qar yağacaq, dolu düşəcək, şimşək çaxacaq - XƏBƏRDARLIQ

Aktual

27 Mart 2018, 12:42

Martın 29-u axşam qərb rayonlarından başlayaraq 31-i gündüzədək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Modern.az-a verilən məlumata görə, bəzi yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

 

Böyük və Kiçik Qafqazın bəzi dağ çaylarında sululuğun artacağı ehtimalı var.

Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-7° aşağı enəcək.

Sizə yeni x var
Keçid et
Rusiyadan ŞOK HƏDƏ - Bakını bombalamalıyıq!