Rusiya və MDB məkanını ən nüfuzlu avtoriteti sayılan Zaxari Kalaşov (Şakro Molodoy) hədə-qorxu ilə pul tələb etmə ittihamı ilə təqsirli sayılıb.
Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, Kalaşovla yanaşı, onun 10 tərəfdarı da mühakimə olunub.
Moskva Məhkəməsində çıxış edən prokuror Kalaşovu 2 ayrı epizod üzrə təqsirli sayaraq 10 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.