Modern.az

Baş nazirin oğlu kafedə ofisiant işləyir

Baş nazirin oğlu kafedə ofisiant işləyir

Təhsil

4 Avqust 2011, 11:04

İsveçin baş naziri Fredirik Raynfeldin 18 yaşlı oğlu Qustav McDonalds qəlyanaltı şəbəkəsinə işə düzəlib. Modern.az bildirir ki, Qustav bu barədə özünün Tvitter səhifəsində yazıb.

“McDonalds”a işə düzəlmişəm. Bir az pul qazanmaq pis olmazdı. Mənə elə gəlir ki, bu maraqlıdır”-deyə Qustav yazıb. Baş nazirin oğlu Stokholumun mərkəzində yerləşən kafedə işləyəcək. O artıq Tvitter səhifəsindən oxucularını kafeyə dəvət edərək hamurqer sifariş verməyə çağırıb. 

Restoranın mətbuat xidmətindən bu barədə açıqlama verməkdən imtina ediblər.
“Bizim üçün onun kimin oğlu olmasının fərqi yoxdur. Oğlan bizim işçidir və bunu müzakirə etmək niyyətində deyilik. Bu şəxsi həyata hörmətsizlik olardı”-deyə bildiriblər.

Baş nazirin ailəsindən də Qustavın işi ilə bağlı açıqlama verilməyib. İsveç baş nazirinin ondan savayı bir oğlu Erik və qızı Ebba da var.   

Modern.az

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
SON DƏQİQƏ! Kəlbəcərdə DƏHŞƏTLİ PARTLAYIŞ - Çoxlu sayda YARALI VAR