Modern.az

Bakıda mənzildə yanğın olub, sakinlər təxliyə edilib

Bakıda mənzildə yanğın olub, sakinlər təxliyə edilib

27 Mart 2018, 18:58

Bakının Qaradağ rayonunda beşmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 55 m² olan 3 otaqlı mənzilin yanar konstruksiyaları və ev əşyaları 30 m² sahədə yanıb, yüksək temperaturdan dəhlizin lambirdən ibarət tavanı 5 m² sahədə əriyib.

 

FHN-dən Modern.az-a verilən məlumata görə, yanğın zamanı 5 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub.

 

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadan ŞOK HƏDƏ - Bakını bombalamalıyıq!