Modern.az

Bakıda yaşayış binasında yanğın - Sakinlər təxliyə edildi

Bakıda yaşayış binasında yanğın - Sakinlər təxliyə edildi

27 Mart 2018, 20:20

Bakının Qaradağ rayonunda yanğın olub.

Modern.az  Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, beşmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 55 kv.m olan 3 otaqlı mənzilin yanar konstruksiyaları və ev əşyaları 30 kv.m sahədə yanıb, yüksək temperaturdan dəhlizin lambirdən ibarət tavanı 5 kv.m sahədə əriyib.

Yanğın zamanı 5 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadan ŞOK HƏDƏ - Bakını bombalamalıyıq!