Modern.az

Azərbaycan nefti  ucuzlaşdı

Azərbaycan nefti  ucuzlaşdı

27 Mart 2018, 23:26

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti martın 26-da 71,27 dollar/barel təşkil edib ki, bu da ötən həftənin cümə gününə olan göstəricidən 0,24 dollar/barel azdır. Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti martın 26-da 70,65 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,24 dollar/barel azdır.

 

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti martın 26-da 66,54 dollar/barel təşkil edib ki, bu da Trend-ə görə, əvvəlki qiymətdən 0,15 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə martın 26-da 68,66 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,29 dollar/barel azdır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadan ŞOK HƏDƏ - Bakını bombalamalıyıq!