Modern.az

Şəhriyar Məmmədyarov  əsas rəqibi ilə heç-heçə etdi

Şəhriyar Məmmədyarov  əsas rəqibi ilə heç-heçə etdi

27 Mart 2018, 23:29

Onun turnirin qalibi olma şanslarını qorumasından ötrü lider Karuana Qrişuka uduzmalıdır

 Almaniyanın paytaxtı Berlində şahmat üzrə İddiaçılar turnirində bu gün XIV sonuncu turun görüşləri keçirilir.

Modern.az xəbər verir ki, Azərbaycan təmsilçisi Şəhriyar Məmmədyarov qara fiqurlarla rusiyalı Vladimir Kramnik ilə üz-üzə gəlib.

Görüş 54-cü gedişdə heç-heçə ilə yekunlaşıb - 0,5:0,5. Bununla da Məmmədyarov xallarını 8-ə çatdırıb. Onun turnirin qalibi olma şanslarını qorumasından ötrü lider Fabiano Karuana Aleksandr Qrişuka uduzmalıdır.

On üç turdan sonra turnir cədvəlinə Fabiano Karuana başçılıq edir. Karuana 8 xalla vahid liderdir. Şəhriyar Məmmədyarov və Sergey Karyakin 7,5 xalla 2-3-cü yerləri bölüşdürür. Din Lijen 7 xalla 4-cü, Aleksandr Qrişuk 6,5 xalla 5-ci, Vladimir Kramnik 6 xalla 6-cı pillədə qərarlaşıb. Uesli So 5,5 xalla 7-ci, Levon Aronyan 4 xalla 8-cidir.

Azərbaycan təmsilçisi turnirin qalibi olmaq üçün Kramniki mütləq yenməli, Karuana və Karyakinin məğlubiyyətlərinə ümid etməlidir. Xallar bərabər olduqda əlavə göstəricilərə - şəxsi görüşlər, qələbə sayı, Zonneborn-Berger əmsalına baxılacaq. Bunlarda da bərabərlik olarsa, martın 28-də tay-breyk keçiriləcək.

Sizə yeni x var
Keçid et
Rusiyadan ŞOK HƏDƏ - Bakını bombalamalıyıq!