Londonda zəhərlənən keçmiş kəşfiyyatçı Sergey Skripalın dostu, rusiyalı biznesmen Valeri Morozov onun zəhərlənməsi ilə bağlı yeni versiya irəli sürüb.
Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, Morozov dostunun beynəlxalq cinayətkar qrupla əməkdaşlıq etdiyini açıqlayıb. Onun fikrincə, həmin cinayətkar qrup Skripaldan qisas almağı hədəfləyib.
“Bu hadisə çox güman ki, siyasi casusluqla bağlıdır. Ola bilsin, onların daxilində hansısa rəqabət baş qaldırıb”.