Modern.az

Oruc tutan deputat Lahıcda iftar süfrəsində iştirak edib (FOTOLAR)

Oruc tutan deputat Lahıcda iftar süfrəsində iştirak edib (FOTOLAR)

Təhsil

4 Avqust 2011, 12:55

Müqəddəs Ramazan ayınının 3-cü günündə Milli Məclisin deputatı Novruz Aslanov İsmayıllı rayonunun Lahıc qəsəbəsində rayon İcra Hakimiyyəti başçısının təşkil etdiyi iftar süfrəsində iştirak edib.
Deputatın qərargahından Modern.az-a bildirilib ki, iftar süfrəsində 100-ə yaxın insan, o cümlədən yerli hökumət strukturlarının rəhbərləri, ətraf yaşayış məntəqələri olan Brovdal və Əhən kəndlərindən də sakinlər iştirak ediblər.

“Məlumat üçün bildirək ki, Novruz Aslanov da oruc tutur və hər il olduğu kimi bu il də İsmayıllı rayonunda bir neçə dəfə iftar süfrəsi verəcək”-deyə deputatın qərargahından bildirilib. 






Telegram
Hadisələri anında izləyin!
Keçid et
SON DƏQİQƏ! Kəlbəcərdə DƏHŞƏTLİ PARTLAYIŞ - Çoxlu sayda YARALI VAR