Modern.az

İsmayıllıda yeniyetmə itkin düşüb - FOTO

İsmayıllıda yeniyetmə itkin düşüb - FOTO

Aktual

28 Mart 2018, 12:10

İsmayıllıda 18 yaşlı yeniyetmə itkin düşüb. DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan Modern.az-a verilən məlumata görə  2000-ci il təvəllüdlü Bilal Nağıyev martın 27-i səhər saatlarında rayonun  İsmayıllı kəndində yaşadıqları evdən məktəbə getmək adı ilə çıxıb və geri qayıtmayıb.

Bilal Nağıyevin əlamətləri :

Boyu 180 sm, arıq bədən quruluşlu , xüsusi əlamət kimi sifətinin sağ tərəfində çapıq var. O,  evdən çıxarkən əynində qırmızı rəngli jaket, göy rəngli qolsuz gödəkçə, qara rəngdə cins şalvar olub.

Həmin şəxsi görənlərdən İsmayıllı Rayon Polis Şöbəsinə, eləcə də 020-28-5-11-89, 055 268 07 67 nömrələri ilə əlaqə saxlamaları xahiş olunur.

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadan ŞOK HƏDƏ - Bakını bombalamalıyıq!