Modern.az

Hədə-qorxu ilə 5 min manat tələb edən saxlanıldı

Hədə-qorxu ilə 5 min manat tələb edən saxlanıldı

Aktual

28 Mart 2018, 12:45

Şəmkir Rayon Polis Şöbəsinə müraciət edən şəhər sakini E.Cabbarlı (kişi)  naməlum şəxsin barəsində rüsvayedici məlumatlar yayacağı ilə hədələyərək ondan 500 manat pul tələb etdiyini bildirib.

Bu haqda Modern.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Faktla bağlı Şəmkir RPŞ-də cinayət işi başlanılıb.

Həyata keçirilən əməliyyat tədbirləri nəticəsində hədə-qorxu ilə tələb etməkdə şübhəli bilinən rayon sakini Anar Cabbarlı saxlanılaraq istintaqa təhvil verilib.

Araşdırma aparılır.

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadan ŞOK HƏDƏ - Bakını bombalamalıyıq!