DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tərdbirləri nəticəsində Sabirabad rayon sakini Kənan Məmmədov, Sədərək rayon sakini, əvvəllər məhkum olunmuş Vüqar Əliyev, Şərur rayon sakini Məmməd Məmmədov, Şirvan şəhər sakini Taleh Nəcəfov, Ağdam rayon sakini Əlövsət Orucov və Qubadlı rayon sakini Əlizamin Niyazov tutulublar. DİN-in məlumatına görə, onlar əlbir olaraq Qaradağ rayonu ərazisindəki daş karxanasının sahibi Akif Məmmədova hədə-qorxu gəlib hər ay onlara 30.000 manat ödəmək öhdəliyi qoyublar və ilkin olaraq 5.000 manat alıblar.