Modern.az

Tramp: “Kim Çen Inla görüşü səbirsizliklə gözləyirəm”

Tramp: “Kim Çen Inla görüşü səbirsizliklə gözləyirəm”

28 Mart 2018, 15:24

ABŞ prezidenti Donald Tramp Şimali Koreya lideri Kim Çen Inla görüşü səbirsizliklə gözlədiyini deyib. Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, o bu barədə “Twiter” səhifəsində yazıb.

“Uzun illər ərzində bir çox administrasiyalar Koreya yarımadasının nüvəsizləşdirilməsinin mümkünsüz olduğunu deyirdi. Amma indi Kim Çen Inın öz xalqı və bəşəriyyət üçün böyük töhfə verəcəyi məqamıdır. Onunla görüşü səbirsizliklə gözləyirəm”.

 

Tramp Çin sədri Si Çzinpinin ona Kim Çen Inın görüşə hazır olması ilə bağlı məlumat ötürdüyünü də xatırladıb. ABŞ prezidenti bununla belə sanksiyaların maksimal qaydada saxlanılmalı olduğunu diqqətə çatdırıb.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Tehranda binalar boşaldılır - İsrail zərbə ENDİRƏCƏK