Modern.az

Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının yeni rəisi təsdiqləndi

Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının yeni rəisi təsdiqləndi

Təhsil

4 Avqust 2011, 14:15


Türkiyə prezident Abdulla Gül Silahlı Qüvvələrinin Baş Qərargah rəisi vəzifəsinə təyinatı təsdiqləyib. Gözlənildiyi kimi bu posta  ordu generalı Necdət Özəl təsdiqlənib. Bundan başqa, ordu generalı Hayri Kıvrıkoğlu Quru Qoşunları komandanı, ordu generalı Mehmet Erten Hərbi Hava Qüvvələri komandanı, ordu generalı Bəkir Kalyonçu Jandarma Qüvvələri komandanı, ordu admiralı Emin Murad Bilgel Hərbi Dəniz Qüvvələrinin komandanı təyin ediliblər.

Modern.az Türkiyə mediasısına istinadən xəbər verir ki, general Necdət Özəlnin yolu iki ildir sürpriz istefalarla açılır. General Atilla İşığın 2010-cu ildəki istefasıyla Jandarma Qüvvələri komandanlığına gətirilən Necdət Özəl ötən həftə baş verən sürpriz istefalarla Baş qərargah rəisliyinə uzanan yola girdi.

General Özəl ən azı 2015-ci ilə qədər Baş qərargah rəisi postunda qalacaq. Amma təqaüd yaşına girmədiyi üçün hökumətin istəyilə Özəl 2015-ci ildən sonra da həmin vəzifədə saxlanıla bilər.

General Necdət Özəl 1950-ci ildə Ankarada doğulub. 1969-cu ildə Quru Qoşunları Hərbi Məktəbindən, 1970-ci ildə Piyada Məktəbindən, 1980-ci ildə Quru Qoşunları Hərb Akademiyasından məzun olun.
Türkiyə Silahlı Qüvvələrindəki dəyişiklər nəticəsində müxtəlif vəzifələr tutan Necdət Özəl 2007-ci ildə general rütbəsi alıb. General rütbəsi ilə 2007- 2008-ci illər arasında Egey Ordu komandanı, 2008-2010-cu illər arasında 2-c Ordu komandanı oldub. General Özəl keçən il Jandarma Qüvvələri komandanlığına gətirilib.

necdət Özəl Türkiyə Silahlı Qüvvələrinin “Üstün cəsarət və fərəqət” medalı, “Üstün xidmət” medalı, Qırğızıstanın “Qəhrəman medalı”, Rumıniya “Əsgəri yüksək ləyaqət medalı” və Monqolustan “Üstün xidmət”  medalı ilə təltif edilib.

Modern.a

Telegram
Hadisələri anında izləyin!
Keçid et
SON DƏQİQƏ! Kəlbəcərdə DƏHŞƏTLİ PARTLAYIŞ - Çoxlu sayda YARALI VAR