Bu gün ABŞ prezidenti Barak Obamanın ad günüdür. Modern.az bildirir ki, ad günü ilə bağlı İTAR-TASS agentliyinə verdiyi eksklüziv müsahibəsində Obama bir sıra məsələlərə toxunub. Mixail Qusmanın aldığı müsahibədə ABŞ preziedenti 50 yaşı ilə bağlı təəssüratlarını bildirib.
“50 yaşında və ikinici prezidentlik dövründə özünüzə nə arzu edirsiniz” sualının cavabında Obama sülh içində yaşayacaq dünyaya doğru getmək istədiyini bildirib.
“Mən prezident kimi dünyada olan münaqişələrin həll olunması üçün səylərimdə böyük məsuliyyət daşıyıram. Terror təhlükəsinə qarşı belə mübarizə aparmaqla dünyanın bütün ölkələrinin xalqlarının sülh şəraitində yaşamasını təmin olunmasına çalışıram”-deyə Obama qeyd edib.
ABŞ prezidenti həmçinin bildirib ki, o dünya iqtisadiyyatının möhkəmlənməsini arzu edir. “Dünya iqtisadiyyatı yüksəldikcə milyonlarla insan dilənçilkdən can qurtarır. Onlar qarşısında yeni imkanlar açılır. İnsanların rifahı nə qədər yüksək olursa, müharibə və münaqişə perspektivləri o qədər az olur”-deyə Obama vurğulayıb.