Modern.az

FHN itkin düşmüş alpinistlərin axtarışları ilə bağlı əməliyyat müşavirəsi keçirdi

FHN itkin düşmüş alpinistlərin axtarışları ilə bağlı əməliyyat müşavirəsi keçirdi

Aktual

28 Mart 2018, 20:02

Quba rayonunda dağlıq ərazidə itkin düşmüş alpinistlərin axtarışları ilə əlaqədar Əməliyyat Qərargahının məlumatı yayılıb.

Modern.az  Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, "Gilavar" - hava və ekstrim idman klubunun üzvləri Cəbrayılzadə Fəridə Zəbiyulla qızı, Hüseynov Babur Vaqif oğlu və Bünyatzadə Namin Nizami oğlunun axtarışları davam edir.

 Alpinistlərin axtarışları ilə əlaqədar martın 28-də FHN-də əməliyyat müşavirəsi keçirilib. Əməliyyat müşavirəsində axtarış-xilasetmə işlərinə cəlb olunmuş qurumların rəhbər şəxsləri iştirak edib. Əməliyyat müşavirəsində alpinistlərin axtarışları ilə əlaqədar bugünədək görülən işlər təhlil olunub, hava şəraitinin istiləşməsi ilə əlaqədar axtarışlar üçün yaranan əlverişli şərait nəzərdən keçirilmiş və müvafiq göstərişlər verilib. Müşavirədə qarşıda duran digər məsələlər də müzakirə edilib.

Qeyd edək ki, FHN tərəfindən təşkil olunan axtarış-xilasetmə işlərinə Nazirliyin peşəkar xilasedicilərdən ibarət dəstələri, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları cəlb olunub.​

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadan ŞOK HƏDƏ - Bakını bombalamalıyıq!