Modern.az

Neftçalada tikintidə bədbəxt hadisə - ölən və yaralanan var

Neftçalada tikintidə bədbəxt hadisə - ölən və yaralanan var

Aktual

28 Mart 2018, 21:42

Neftçalada tikintidə bədbəxt hadisə baş verib.

 

Modern.az APA-ya istinadən xəbər verir ki, hadisə Neftçala rayonu, Yalçın Hacıyev küçəsində qeydə alınıb.

 

Tikinti işləri zamanı qaldırıcı krandan qırılan beton parça rayon sakinləri, 1961-ci il təvəllüdlü Rzayev İlham Rza oğlu və 1983-cü il təvəllüdlü Lalayev Elşən Ölməz oğlunun üzərinə düşüb.

 

 

Nəticədə İ.Rzayev ölüb, E.Lalayev isə xəsarət alaraq Neftçala rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

 

Faktla bağlı araşdırma aparılır.

Sizə yeni x var
Keçid et
Rusiyadan ŞOK HƏDƏ - Bakını bombalamalıyıq!