Myanmada buddist hakimiyyətin zülm və işgəncələrindən qaçaraq Banlqadeşə sığınan Arakan müsəlmanlarının tragediyası davam edir.
Modern.az xəbər verir ki, Banqladeş hökuməti arakanlıları “Başa Çar” adlı tərk edilmiş və yaşayış olmayan sahibsiz adaya yerləşdirmək istəyir.
Arakanlılar isə həmin adaya getmək istəmədiklərini bildiriblər.
Bundan başqa, məcburi köçkünlərin sığınacağındakı digər problem insan alveri ilə bağlıdır. Əsasən 13-17 yaş arası qızları müxtəlif iş bəhanələri ilə aldadan insan “tacirləri” qızları cinsi istismara məruz qoyurlar.
Qeyd edək ki, 25 avqust - 24 sentyabr 2017-ci il tarixləri aralığında Raxin əyalətində Myanma ordusunun zülmü nəticəsində 10 min arakanlı qətlə yetirilib. (qafqazinfo.az)