Modern.az

Ulduz futbolçu həbsxanada zədələndi

Ulduz futbolçu həbsxanada zədələndi

29 Mart 2018, 00:27
Boka Xuniors”un hücumçusu Karlos Tevezin həbsxana ziyarəti zədələnməsi ilə nəticələnib. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, argentinalı forvard ordakı oyunda ayağından xəsarət alıb.
 
 
 
Məsələ burasındadı ki, Tevez həbsxanada olan qardaşının təklifi ilə futbol oyununa qatılıb. Lakin matçın gedişində ulduz futbolçu zədələnib. Əzələsində problem aşkarlanan 33 yaşlı hücumçunun 1 ay yaşıl meydanlardan uzaq qalacağı açıqlanıb.
 
 
 
Qeyd edək ki, bu ilin əvvəlində Argentinaya qayıdan Karlos Tevez “Boka Xuniors”un heyətində keçirdiyi 7 oyunda 3 qol, 2 məhsuldar ötürmə ilə yadda qalıb.
Whatsapp
Bizə yazın!
Keçid et
Tehranda binalar boşaldılır - İsrail zərbə ENDİRƏCƏK