Modern.az

Hafiz Hacıyev Müasir Müsavatda ciddi kadr dəyişikliyinə qərar verdi

Hafiz Hacıyev Müasir Müsavatda ciddi kadr dəyişikliyinə qərar verdi

Təhsil

4 Avqust 2011, 15:22

Bu gün Müasir Müsavat Partiyasının mərkəzi qərargahında partiyanın İdarə Heyətinin növbəti toplantısı  kecirilib. Partiyanın mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, toplantıda  ölkədə və  dünyada baş verən ictimai-siyasi məsələlər muzakirə edilib.

Toplantıda gündəlikdə duran əsas məsələ təşkilatlanmanın səviyyəsi, rayon və özək təşkilatlarında son durum ,ölkədə payız aylarında aktivləşəcək siyasi vəziyyətə uyğun qərarlar vermək olub. Müzakirə edilən digər ciddi məsələ isə siyasi kursunda da neçə vaxtdır koorektələr etməyə çalışan MMP Siyasi Şurasının bu yöndə daxildə apardığı ciddi məsləhətləşmələrin nəticələri və partiyanın inkşafı ücün yeni nizamnamənin müxtəlif variantlarda  işlənib hazırlanması olub

Toplantıda  rayon təşkilat sədrlərinə verilən tapşırıqlar NTK uzvləri tərəfindən yoxlanılıb. Növbəti toplantıda zəif olan təşkilatlarla bağlı ciddi ölcü götürüləcəyinə qərar verilib.Çox güman ki, rayon təşkilatlarında kadr dəyişikliyi ediləcək.

Muasir Musavat Partiyası bəyan edib ki, gələcək fəaliyyətində özunəməxsus siyasətlə cıxış etməyə  hazırlaşır.

Mail Ağaxanov    

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım