Modern.az

Həbsxanada QİYAM - 78 nəfər öldü

Həbsxanada QİYAM - 78 nəfər öldü

Aktual

29 Mart 2018, 08:38

Venesuelanın Karabobo ştatında həbsxanada baş vermiş qiyam və yanğın nəticəsində 78 nəfər ölüb.

Modern.az RİA Novosti agentliyinə istinadən xəbər verir ki, ölənlərdən 68-nin kişi, 10-nun qadın olduğu bildirilir.

Məlumata görə, qadınlar məhkumluq həyatı yaşayan ərlərinə baş çəkdikləri zaman həyatlarını itiriblər. Ümumilikdə həbsxanada 100-dən çox məhbusun cəza çəkdiyi bildirilir. İnsidentin səbəbləri açıqlanmır. Şahidlərin sözlərinə görə, əvvəl atəş səsləri eşidilib, daha sonra isə cəzaçəkmə müəssisəsində yanğın başlayıb.

Sizə yeni x var
Keçid et
Rusiyadan ŞOK HƏDƏ - Bakını bombalamalıyıq!