Modern.az

Azərbaycanda “dövlət orqanı” anlayışı genişləndirilir  

Azərbaycanda “dövlət orqanı” anlayışı genişləndirilir   

Aktual

29 Mart 2018, 09:07

Dövlət orqanı anlayışı genişləndirilir.

Modern.az-ın məlumatına görə, bununla bağlı “Dövlət qulluğu haqqında” qanunun 7-ci maddəsinə (Dövlət orqanı anlayışı) dəyişiklik edilir.

Belə ki, qanunun 7.1-ci maddəsi yeni redaksiyada təklif edilir.

Dəyişikliyə görə, dövlət orqanı Azərbaycan Respublikasının qanunvericilik aktları ilə müəyyən edilmiş hüdudlarda dövlətin məqsəd və funksiyalarını həyata keçirən, Azərbaycan Respublikasının dövlət büdcəsindən, Naxçıvan Muxtar Respublikasının büdəsindən, sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının və işsizlikdən sığorta fondunun büdcəsindən maliyyələşdirilən, Azərbaycan Respublikasının Konstituyasına və Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq yaradılan dövlət təsisatıdır.

Hazırki qanunvericilkdə isə belə göstərilib: Azərbaycan Respublikasının qanunvericilik aktları ilə müəyyən edilmiş hüdudlarda Azərbaycan Respublikasının məqsəd və  funksiyalarını həyata keçirən, qanunvericiliyə uyğun olaraq yaradılmış və dövlət büdcəsindən maliyyələşdirilən dövlət qulluqçularının qurumu dövlət orqanıdır.

Qanun layihəsi qəbul edildiyi təqdirdə 2018-ci ilin yanvarın 1-dən qüvvəyə minmiş sayılacaq.

 

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadan ŞOK HƏDƏ - Bakını bombalamalıyıq!