Modern.az

Jurnalist Könül Şamilqızı: “Türkiyədə yaşamaq mənim üçün çətindi, çox darıxıram”

Jurnalist Könül Şamilqızı: “Türkiyədə yaşamaq mənim üçün çətindi, çox darıxıram”

Media

4 Avqust 2011, 15:32

“Türkiyədə yaşamaq mənim üçün çətindi və çox darıxıram”. Bunu Modern.az saytına açıqlamaslında Türkiyədə çalışan azərbycanlı jurnalist Könül Şamilqızı deyib. O qeyd edib ki, əslində tək çətinlik darıxmaqla bağlıdır: “Evimiz, ailəm, sevdiklərim, bu həyatdakı tək dostum Azərbaycandadır. Onlar üçün çox darıxıram. Amma Azərbaycanda qalıb yaşayacağım çətinlikləri düşününcə, darıxaraq yaşamağı öyrənməkdən başqa çarəmin olmadığı qənaətinə gəlirəm”.

Jurnalist deyib ki, Türkiyədə çalışmaq onun üçün könüllü seçim məsələsi olmayıb: “Daha çox məcburiyyətdən oldu.  Azərbaycanda normal şəkildə yaşaya biləcəyim, çalışa biləcəyim yer qalmamışdı. “Mediaforum” saytında çalışırdım, özümü ifadə etmək baxımından rahat idim, amma orada da maddi durumu bilirsiniz. Əlbəttə, bu durumda olan çox dostlarım, həmkarlarım var. Onların ölkədə hələ qala bilmələrini həqiqətən böyük qəhrəmanlıq kimi dəyərləndirirəm. Mənsə bu qədər dayana bildim. Gəlmədən öncəki son 1 ildə ciddi şəkildə Azərbaycandan getməyi düşünürdüm və mənim özümü rahat hiss edə biləcəyim tək yer Türkiyə idi. Ona görə də təklif gəlincə, dərhal, düşünmədən qəbul etdim. Peşman da deyiləm. Türkiyədə ən azından normal işim, normal yaşamım var və ən önəmlisi, bu ölkənin vətəndaşı olmamağıma rəğmən, özümü vətəndaşı olduğum Azərbaycandakı kimi çarəsiz, əzik hiss eləmirəm. Ən azından normal mühitdə yaşayıram və çalışıram, çevrəmdə üzündən zəhər yağan insanlar deyil, daha rahat insanlar var. Əlbəttə hər yerin çətinlikləri var, amma burada ən azından əlində kiçicik vəzifəsi və böyük pulu olan, amma səviyyəsi ortadan da bir az aşağı olan bir redaktor özündən dəfələrlə çox savadlı və ləyaqətli çalışanlarla kölə kimi davranmır, aşağılamır, səsini çıxarana, etiraz edənə qapını göstərmir. Haqq, hüquq, insanlıq deyə bir şey var”.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi