Venesuelada ötən gün həbsxanada baş verən yanğında 78 nəfər yanaraq ölüb. Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Karabobo ştatının Valensiya şəhərində baş verib.
İnsident məhkumların qiyam qaldıraraq həbsxana gözətçisini girov götürməsindən sonra başlayıb. Əraziyə gələn polis qüvvələri tərəfindən sıxışdırılan məhkumlar etiraz əlaməti olaraq öz döşəklərini yandırıblar.
Faciə ilə bağlı Baş prokuror Tarek Uilyam Saab faciə ilə bağlı 4 prokurorun araşdırmaya başladığını deyib.