Modern.az

“İran “Husilər”i silahla təmin edir”

“İran “Husilər”i silahla təmin edir”

Dünya

29 Mart 2018, 12:06

Fransa xarici işlər naziri Jan-İv Le Drian İranı Yəməndəki “Ənsərullah” hərəkatına silah yardımı etməkdə ittiham edib. Modern.az xəbər verir ki, bu barədə o, “RTL” radiosunda çıxşı zamanı bildirib.

 

“Yəmənin problemi orada hələ də siyasi prosesin başlamaması ilə bağlıdır. Səudiyyə Ərəbistanı da İranın silahla təmin etdiyi “Husilər”i tərəfindən göstərilən aqresiyanı özünə qarşı təhlükə görür” – deyə Driyan öz çıxışında bildirib.

Qeyd edək ki, 2014-cü ilin avqustundan Yəməndə hökumət qüvvələri ilə üsyançı “Husilər” arasında silahlı qarşıdurma gedir.  Vəziyyət Səudiyyə Ərəbistanının başçılığı ilə koalisiya qüvvələrinin ölkəyə daxil olmasında sonradaha da kəskinləşdi. Eyni zamanda “Husilər” hələ də Səudiyyə Ərəbistanının ərazilərini və hətta paytaxtı balistik raketlərlə atəşə tuturlar.

 

Əvəz ZEYNALOV

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular