Modern.az

Rusiyanın cavab TƏDBİRİ: ABŞ ən “yağlı tikə”dən məhrum ola bilər

Rusiyanın cavab TƏDBİRİ: ABŞ ən “yağlı tikə”dən məhrum ola bilər

29 Mart 2018, 14:43

Rusiya və ABŞ-ın dünya silah bazarındakı qarşıdurması davam edir. Lakin fakt budur ki? ABŞ dünya bazarındakı liderliyini qoruyur. Bu dəfə hər  iki nəhəngin maraq dairəsindəki ölkə Hindistandır. Bu iki silah nəhəngi bu dəfə Hindistan bazarını ələ keçirmək uğrunda mübarizəyə başlayıblar.

 

Hindistan dünyada silah alışına görə liderdir. Ekspertlərin fikrincə, Hindistanın hərb sənayesində öz istehsalı olan, “Tecas” qırıcısı, “Arcun” tankı və “Arihant” atom sualtı gəmisi kimi silah növləri olsa da bir çox səbəblərdən bunlar real döyüş üçün yararsızdır.

 

Modern.az saytının beynəlxalq hərbi nəşrlərə istinadən məlumatına görə, eyni zamanda istehsalatda bir çox böyük səhvlərə yol verildiyindən ölkənin bu məqsədlərə çatması üçün bir çıxış yolu qalır ki, o da bu problemi digər ölkələrin köməyi ilə radan qaldırmaqdan ibarətdir. Bütün bunlara görə Hindistanın dünyada alıcı lider olması Rusiya və ABŞ kimi iki nəhəngi bu bazar uğrunda ciddi mübarizə aparmağa sövq edir.

 

Hindistanın keçən ilə kimi əsas silah aldığı ölkə Rusiya idi. Lakin, Hindistan hakimiyyətinin keçən il üçün silah alışı barədə hesabatından aydın olur ki, ABŞ artıq Rusiyanı bu bazardan sıxışdırmağa nail olub. Hindistanın bu sahədə ABŞ-a müraciət etmə səbəblərindən biri də Rusiyadan asılılığı aradan qaldırmaqdan ibarətdir. Keçən il üçün Hindistan Rusiyadan silah alışının yerinə onunla əlindəki silahların modernləşdirilməsi üçün müqaviləyə üstünlük verib.

 

ABŞ Hindistan bazarındakı nailiyyətlərini prezident Donald Trampın uğurlu və təcrübəli bir biznesmen olmasına borcludur, desək, yanılmarıq. Belə ki, keçən il üçün ABŞ və Hindistan arasında bir çox müqavilələr bağlanıb. Lakin, bu müqavilələr arasında ikisi daha çox nəzərə çarpır. Bunlardan biri 22 ədəd “Predaor” tipli PUA –nın (Pilotsuz Uçan Aparat) 2,2 milyard dollara satışı müqaviləsi, digəri isə daha çox diqqət çəkən “F-16” qırıcılarının 10 milyard dollarlıq partiyasının alışı barədə müqavilədir. Burdada xatırlatmaq lazımdır ki, rəsmi Vaşinqton bu qırıcıların istehsalını artıq dayandırmaq qərarına gəlmişdi. Bu iki müqavilənin bağlanmasında Trampın böyük səyləri olub. Bu məsələdə Trampın “Hind-Sakit okean strategiyası” böyük rol oynayır. Bu strategiya Hindistanı öz tərəfinə çəkməyə, Rusiya və  Çini isə bu bazardan sıxışdıraraq izolyasiya etməyə hesablanıb. Bununla Vaşinqton öz rəqiblərini sıxışdırmaq siyasətini davam etdirməklə yanaşı həm də yeni müttəfiq qazanmaq istəyir.

 

Bu il isə Hindistan yenidən Rusiya silahlarına maraq göstərməyə başlayıb. Hindlilərin əsas maraq dairəsində olan silahlar “S-400” zenit-raket sistemləri  və “T-90S” tankalarıdır. Hindistanın müdafiə naziri Nirmala Sitharamanın Rusiyaya rəsmi sərfəri zamanı “S-400”lərin alışı barədə müqavilənin bağlanması ilə yanaşı 500 ədəd “T-90S” tankalarının alınmasının da müzakirə predmeti olacağı gözənilir. Bu Rusiya üçün böyük bir uğur ola bilər. Bununla Rusiya özünün əzəli rəqibinə layiqli cavab verməyi planlaşdırır. Bu həm də Hindistana hər iki oyunçu ilə oynayaraq özünə sərf edən şərtlərlə müqavilələr bağlamaq imkanı verir.

 

Bütün bunlara baxmayaraq bu mövzuda Hindistanın Rusiyaya daha çox önəm verdiyini görmək olar. Burada bir çox amillər var. Bunlardan biri də hər iki ölkə arasında uzunmüddətli ticari və digər əməkdaşlıqların da olmasıdır. Belə ki, burada Hindistanın silah arsenalının Rusiya ilə əməkdaşlıq nəticəsində daha böyük nailiyyətlərə nail olmasını göstərmək olar. Hətta bunun üçün 2012-ci ildə Rusiyanın K-152 “Nerpa” atom sualtı gəmisini Hindistana lizinqə verməsi də diqqətdən yayına bilməz. Bu gəmi Hindistan Dəniz Qüvvələrində “Çakra” adı altında xidmət göstərir. Bu gəminin hind dəniz qüvvələrində nə ilk nə son olacağını qeyd etmək lazımdır. Bundan əvvəl də SSRİ 1984-cü idən 1989-cu ildək Hindistana “K-43” atom sualtı gəmisini lizinqə verib. Yeni müqavilələrin bağlanacağı təqdirdə Rusiya, bu bazarda onun üçün yeni olan öz rəqibini sıxışdıraraq bölgədə ABŞ siyasətinə böyük zərər vura bilər. ABŞ-ın bu bazardan belə tez əl çəkəcəyini gözləmək də Rusiya tərəfi üçün böyük siyasi səhv olardı. Çün ki, Hindistan ABŞ üçün böyük strateji maraq obyektidir.

 

Əvəz ZEYNALOV

Sizə yeni x var
Keçid et
Tehranda binalar boşaldılır - İsrail zərbə ENDİRƏCƏK