Modern.az

Florida Universitetinin azərbaycanlı professoru haqda yazıldı  

Florida Universitetinin azərbaycanlı professoru haqda yazıldı   

Aktual

29 Mart 2018, 15:09

Vikipediya-da gənc azərbaycanlı astrofizik alim haqqında məqalə yaradılıb.
AMEA Mərkəzi Elmi Kitabxanasının (MEK) Vikipediya Metodik Mərkəzinin könüllüləri tərəfindən astrofizika sahəsində tanınmış gənc alim Dürdanə Balakişiyeva haqqında məqalə yaradılıb.
Modern.az-ın məlumatına görə, məqalədə ABŞ-ın Florida Universitetinin professoru, xaricdə yaşayan azərbaycanlı alimin həyatından, elmi fəaliyyətindən, Azərbaycan diasporundakı aktiv iştirakından yazılıb. Qeyd edilib ki, gənc professor hazırda bütün dünya alimlərinin diqqət mərkəzində olan “Qara materiya” sahəsində elmi axtarışlar aparan “Super CDMS” elmi tədqiqat qrupu və yeni eksperimentlər üzrə məşhur Fermi laboratoriyası ilə birgə təcrübələrə başlayıb.

Aşağıdakı linkə daxil olmaqla D.Balakişiyeva haqqında daha ətraflı məlumat ala bilərsiniz.

//az.wikipedia.org/wiki/D%C3%BCrdan%C9%99_Balaki%C5%9Fiyeva

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadan ŞOK HƏDƏ - Bakını bombalamalıyıq!