Modern.az

Siyəzəndə naməlum kişi meyiti tapıldı - FOTO

Siyəzəndə naməlum kişi meyiti tapıldı - FOTO

Aktual

29 Mart 2018, 16:32

DİN Mətbuat Xidmətinin Quba regional qrupundan Modern.az-a verilən məlumata görə,martın 29-da Siyəzən rayon Yenikənd kənd ərazisində 55-60 yaşlarında bir kişi meyiti tapılıb.

Tapılan zaman üzərindən heç bir sənəd aşkar olunmayıb. Həmin kişinin boyu 175 santimetr, orta bədən quruluşlu, gözləri mavidir. Bədəninin müxtəlif nahiyələrində dövmələr var.

Şəkildə gördüyünüz kişini tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin Siyəzən Rayon Polis Şöbəsinə (02330) 4-02-21; (02330) 4-13-03 şəhər nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadan ŞOK HƏDƏ - Bakını bombalamalıyıq!