Modern.az

Zakir Qaralov seçki pozuntuları ilə bağlı işçi qrup yaratdı

Zakir Qaralov seçki pozuntuları ilə bağlı işçi qrup yaratdı

Aktual

29 Mart 2018, 16:41

Azərbaycan Respublikasının Baş prokuroru Zakir Qaralov martın 29-da ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (DTİHB) seçki müşahidə missiyasının rəhbəri Korin Yonkerlə görüşüb.


Ölkəmizdə seçkilərin demokratik və şəffaf şəraitdə keçirilməsi, seçicilərin azad şəkildə öz iradələrini ifadə etməsi məqsədi ilə görülən işlərdən danışan Baş prokuror seçki qanunvericiliyinin pozulması ilə əlaqədar prokurorluq orqanlarının qarşısında duran vəzifələr barədə ətraflı məlumat verərək, seçkilər zamanı yol verilən qanun pozuntuları ilə bağlı Baş Prokurorluğa daxil olan cinayət xarakterli məlumatların təxirəsalınmadan araşdırılmasının təmin edilməsi məqsədi ilə İşçi qrupunun yaradıldığını xüsusi qeyd edib.


Baş Prokurorluqdan Modern.az-a bildirilib ki, Korin Yonker səmimi qəbula görə minnətdarlığını ifadə edərək,  seçki müşahidə missiyasının fəaliyyəti və məqsədləri barədə məlumat verib, müşahidə missiyasının seçkiboyu Baş Prokurorluğun İşçi qrupu ilə əməkdaşlığına önəm verəcəyini bildirib.


Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadan ŞOK HƏDƏ - Bakını bombalamalıyıq!