Modern.az

Ermənistan idmançıları Olimpiadada dopinqdən istifadə edib -  QALMAQAL

Ermənistan idmançıları Olimpiadada dopinqdən istifadə edib -  QALMAQAL

29 Mart 2018, 17:54

Ermənistan idmançıları uzun illər ərzində gizli şəkildə dopinqdən istifadə edib.

 

Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, Moskva Antidopinq Laboratoriyasının keçmiş rəhbəri, Beynəlxalq Antidopinq Agentliyinin informatoru Qriqori Rodçenkov bu barədə sensasion hesabat yayımlayıb.

 

Hesabatda bildirilir ki, Rodçenkov erməni idmançılara qadağan olunmuş maddələrin qəbuluna yardım edib. Onlardan analizləri şəxsən qəbul edib və bundan sonra həmin idmançılar analizlərdə təmiz çıxıblar.

Hesabatda həmçinin qeyd olunur ki, Rodçenkovun köməkliyi ilə erməni idmançılar dopinq qəbul edərək 2008-ci ildə Pekində və 2012-ci ildə Londonda keçirilən Olimpiya oyunlarında medallar qazanıblar.

 

Ermənistan 2008-ci ildə Pekin Olimpiadasında qazandığı 2 bürünc medaldan dopinq qalmaqalına görə məhrum edilmişdi.  

 

Əvəz ZEYNALOV

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Tehranda binalar boşaldılır - İsrail zərbə ENDİRƏCƏK