Türkmənistanda keçiriləcək növbəti prezident seçkilərinin tarixi məlum oldu. Modern.az xarici mətbuata istinadən bildirir ki, seçkilərin 12 fevral 2012-ci il-də keçirilməsi planlaşdırılır.
Türkmənistan Konstitusiyasına görə, ölkədə prezident 5 il müddətinə seçilir. 2007-ci ilin 11 fevralında keçirilən sonuncu seçkilərdə hazırkı ölkə başçısı Qurbanqulu Berdiməhəmmədov prezidnet seçilmişdi.
Prezident 8 iyulda keçirilən Nazirlər Kabinetinin iclasında xaricdəki müxalifət partiyalarını da seçkilərə dəvət etmişdi. Prezident seçkilərinə artıq başqa dünyagörüşü ilə yaxınlaşdıqlarını ifadə edən ölkə başçısı xaricdəki müxalifət nümayəndələrinə seçki dövründə bərabər şərtlərin və hüququn təmin ediləcəyini vurğulamışdı.
Modern.az