Modern.az

Texasda atışma - ölən və yaralananlar var

Texasda atışma - ölən və yaralananlar var

Aktual

29 Mart 2018, 21:34

ABŞ-da atışma olub.

Modern.az-ın  məlumatına görə, bu barədə "NBC" telekanalı yerli polisə istinadən xəbər yayıb.

Xəbərdə bildirilir ki, hadisə Texas ştatında, Plano şəhərində baş verib. Belə ki, naməlum şəxs ətrafdakılara atəş açıb. Nəticədə azı bir nəfər ölüb, daha üç nəfər yaralanıb.

Cinayətkar hadisə yerindən qaçaraq gizlənib. Polis onun axtarışlarına başlayıb. Yaralananların vəziyyətinin qənaətbəxş olduğu bildirilir.

Hadisənin təfərrüatları açıqlanmır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
SON DƏQİQƏ! - Görüş başlayır - Rusiya və Ukrayna razılığa gələcək?