Səhiyyə Nazirliyinin Mətbuat xidmətinin məlumatına görə, praktik tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olan səhiyyə mütəxəssislərinin sertifikasiya prosesinin növbəti imtahanlarının nəticələri məlum olub.
Belə ki, 03.08.2011-ci il tarixində allerqologiya, otorinolarinqologiya və travmatologiya ixtisasları üzrə keçirilən imtahanlarda ümumilikdə 43 həkim iştirak dib. İştirakçılardan 4 həkim 100 bal toplayaraq ən yüksək nəticələri göstərib. Ümumilikdə isə imtahanlarda iştirak edən həkimlərdən 38 nəfər uğurlu nəticələr əldə edib.
Növbəti test imtahanları epidemiologiya və gigiyena ixtisasları üzrə 10.08.2011-ci il tarixində keçiriləcək.
Modern.az