Modern.az

Avtobusda 20 adam diri-diri yanıb öldü  

Avtobusda 20 adam diri-diri yanıb öldü  

30 Mart 2018, 08:11

Myanmadan olan 20 muzdlu işçi Tailandda ikimərtəbəli, 50 nəfərlik avtobusun naməlum səbəbdən yanması nəticəsində ölüb.

AZƏRTAC The Nation-a istinadla xəbər verir ki, hadisə Tak vilayətində, avtobus şossedə hərəkətdə olarkən baş verib. 47 miqrantı daşıyan avtobus gözlənilmədən içəridən alışıb.

Sağ qalan şahidlərin sözlərinə görə, alışma salonun ortasında başlayıb və qısa zamanda avtobusun arxa hissəsinə yayılıb.

Sürücü avtobusu saxlamağa macal tapıb və bundan sonra o özü, həyat yoldaşı və növbətçi sürücü ilə yanaşı 24 sərnişin avtobusu tərk edə bilsələr də, arxa hissədə sıxışıb qalan 20 sərnişin diri-diri yanaraq ölüb.

Məlumata görə, yanğınsöndürənlər sürücünün çağırışı ilə alovu tez söndürüblər. Lakin içəridə qalan insanların həyatını xilas edə bilməyiblər. Yanğınsöndürənlər və polis hadisənin təhqiqatını aparır.

 

Modern.az

Sizə yeni x var
Keçid et
Tehranda binalar boşaldılır - İsrail zərbə ENDİRƏCƏK